Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avrokuboklarda "100-lər klubu" - siyahıda 4 “Qarabağ”lı

Avrokuboklarda

Tarix: 21 Fevral 2024 20:34

Avrokuboklarda ən çox oyun keçirən postsovet məkanı futbolçularının siyahısı açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, cədvələ 100 və daha çox matç keçirənlər daxil edilib.

Buna 19 futbolçu nail olub. Azərbaycan cədvəldə 4 oyunçu ilə təmsil edilib.

Yalnız Rusiya və Ukraynanın cədvəldəki təmsilçisi daha çoxdur. 6 rusiyalı və 5 ukraynalı avrokuboklada ən azı 100 oyuna çıxıb. Belarusdan 2, Gürcüstan və Ermənistandan 1 futbolçu siyahıya düşüb.

Azərbaycan rekordçusu Maksim Medvedevdir. 126 oyun keçirən müdafiəçi keçmiş SSRİ-də 8-cidir.

9-cu pillədəki Qara Qarayevin hesabında 120 avrokubok matçı var.

Rəşad Sadıqov 113 matça çıxıb və cədvəldə 11-cidir. Riçard Almeyda 102 görüşdə iştirak etməklə 18-cidir.

Qeyd edək ki, Maksimlə Riçard hazırda "Qarabağ"da forma geyinir. Digər iki oyunçu da uzun illər Ağdam klubunda forma geyinib. Qara indi "Neftçi"nin şərəfini qoruyur, Sadıqov isə "Zirə"nin baş məşqçisidir.
 

Milli.Az


Etiketlər:  Avrokuboklarda 100 lər klubu siyahıda 4 Qarabağlı


RƏYLƏR