Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2024 20:46
"Qarabağ"la "Braqa"nın oyununda komandalardan heç birinə azarkeşlik etməyəcəm. Ümid edirəm ki, tamaşaçılar maraqlı, baxımlı və yaxşı oyun izləyəcək".
Sonxeber.net xəbər verir ki, bunu İdman.Biz-ə "Araz-Naxçıvan"ın portuqaliyalı futbolçusu Nuno Rodriqes deyib.
30 yaşlı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsinin sabah keçiriləcək "Qarabağ" - "Braqa" matçı barədə fikirlərini açıqlayıb: "Əlbəttə, bu matçın Avropa Liqası çərçivəsində keçiriləcəyini unutmaq olmaz. Bu turnirdə bütün matçlar gərgin mübarizə ilə yadda qalır. Yarışda yaxşı və yüksək keyfiyyətli görüşlər izləyirik. "Braqa" üçün Bakıdakı oyunun da çox çətin olacağını fikirləşirəm. Uzun və yorucu səfərdən sonra onlar üçün adət etmədikləri hava şəraitində oynamalı olacaqlar. Səfər matçında "Braqa" risk etmək məcburiyyətindədir. İlk oyunun nəticəsi onları buna vadar edəcək".
Nuno "Qarabağ"ın daha rahat oynayacağına əmindir: "Səfərdə qazanılan qələbəyə görə "Qarabağ" daha rahat olacaq. Onlar doğma divarlar arasında səbirli oynamağa və üstünlüyü qorumağa çalışacaqlar. Portuqaliya klubu qələbə üçün mübarizə aparacaq. İnanıram ki, çox maraqlı qarşılaşma olacaq. Çalışacam ki, stadiona gedim və matçı canlı izləyim".
Qeyd edək ki, səfərdə rəqibini 4:2 hesabı ilə məğlub edən "Qarabağ" cavab matçına sabah çıxacaq. "Braqa" ilə görüş saat 21:45-də başlayacaq.