Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÇL: “Arsenal” uduzdu

ÇL: “Arsenal” uduzdu

Tarix: 22 Fevral 2024 09:26

İtaliyanın "Napoli" futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ev oyununda İspaniyanın "Barselona" klubu ilə 1:1 hesablı heç-heçə edib.

Milli.Az report-a istinadən xəbər verir ki, görüş Neapolda baş tutub.

Matçda (60-cı dəqiqə) hesabı "Barselona"nın hücumçusu Robert Levandovski açıb. Cavab qolunu meydan sahiblərinin hücumçusu Viktor Osimhen vurub (75).

Günün digər oyununda isə Portuqaliyanın "Portu"su evdə İngiltərə "Arsenal"ına minimal hesabla qalib gəlib - 1:0. Cavab oyunları martın 12-də müvafiq olaraq Barselona və Londonda keçiriləcək.

Milli.Az


Etiketlər:  ÇL Arsenal uduzdu


RƏYLƏR