Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saşa Yunisoğlu: “Qarabağ” müdafiə olunmalı və imkan düşdükcə fürsətdən istifadə etməlidir”

Saşa Yunisoğlu: “Qarabağ” müdafiə olunmalı və imkan düşdükcə fürsətdən istifadə etməlidir”

Tarix: 22 Fevral 2024 17:48

"Bu gün "Qarabağ" yenə də tarix yaza bilər".

Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.

O, UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Braqa" ilə cavab matçını dəyərləndirib: "Portuqallarla birinci oyun göstərdi ki, Azərbaycan çempionu mərhələni keçməyə daha yaxşı köklənib. Səfərdəki qarşılaşmada ağdamlılar Avropaya öz gücünü də göstərdi. İndi hamı onlardan danışır. Bəlkə də, "Braqa" elə həmin oyundan sonra əsl "Qarabağ"ın gücünü bildi. Lakin 4:2 hesablı qələbə hələ 100 faiz mərhələni keçməyimiz anlamına gəlməməlidir".

Yunisoğlu bildirib ki, Bakıda bu gün meydanda başqa "Braqa" görəcəyik: "Futbolda 2 top fərq çox aldadıcıdır. İrəlidə olan komandaya nisbətən rahatlıq verir, amma digərini ümidini itirməməyə çağırır. Belə hesab olanda cəmi bir qol ilk görüşü uduzanlarda inanılmaz motivasiya yaradır. Həmin an irəlidə rəqib isə toparlanmaqda çətinlik çəkirlər. "Qarabağ" oyunun ipini itirməyə bilər. Ona görə düşünürəm ki, onlar bu matçda çox ciddi müdafiə olunmalı və imkan düşdükcə fürsətdən istifadə etməlidir. İnanıram ki, "Qarabağ" bu gün yenə də Azərbaycanı sevindirəcək".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Braqa" qarşılaşması bu gün saat 21:45-də start götürəcək.

Milli.Az


Etiketlər:  Saşa Yunisoğlu Qarabağ müdafiə olunmalı imkan düşdükcə fürsətdən istifadə etməlidir


RƏYLƏR