Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2024 11:18
Bu gün İrəvanda Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə görüşüb.
Sonxeber.net bildirir ki, Ermənistanda rəsmi səfərdə olan S.Lekornu Ermənistanın Müdafiə Nazirliyinin binasında təntənəli şəkildə qəbul olunub.
Daha sonra danışıqlar olub, Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı yeni sənədlər paketi imzalanıb.
Paris və İrəvan imzalanmış sənədlər barədə heç bir rəsmi məlumat yaymayıblar.
İlkin informasiyalara görə, Fransa Ermənistanla hərbi-texniki və müdafiə sahəsində əməkdaşlığı daha intensiv şəkildə davam etdirəcək.
Belə ki, Fransa Ermənistana zirehli texnikalar, hava hücumundan müdafiə və reaktiv yaylım atəşi sistemləri, artilleriya qurğuları, ilkin radiolokasiya xəbəretməsi və radiolokasiya müşahidəsi sistemləri verəcək.
Bununla yanaşı, fransalı hərbi təlimatçılar Ermənistan ordusunda xüsusi təyinatlı və dağ-atıcı birliklərin hazırlıq səviyyəsinin yüksəldilməsi ilə məşğul olacaqlar.