Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzalarda həyatını itirən müəllimlərin FOTOları - YENİLƏNİB

Qəzalarda həyatını itirən müəllimlərin FOTOları - YENİLƏNİB

Tarix: 23 Fevral 2024 17:10

Xəbər verdiyimiz kimi, fevralın 22-də axşam saatlarında İsmayıllıda ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada həyatını itirən 34 yaşlı Nigar Bayramova Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub. İsmayıllının Xanəgah kəndi ərazisində minik avtomobilinin yük avtomobilinə toqquşması nəticəsində xəsarət alan N.Bayramova dünyasını dəyişib.

Bundan başqa fevralın 17-də Qazax rayonunun Qarapapaq kəndində avtomobilin vurduğu həmin kənddəki orta məktəbin ingilis dili müəllimi 1975-ci il təvəllüdlü Elmira Şıxlinski də xəstəxanada vəfat edib. Onunla birgə qəzada xəsarət alan şagird, 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovanın müalicəsi davam etdirilir.

Mərhum müəllimlərin fotosunu təqdim edirik:

-------

16:35

Qazax rayonunda bir neçə gün əvvəl yol qəzası nəticəsində ağır xəsarət alan 1975-ci il təvəllüdlü Elmira Şıxlinski müalicə aldığı xəstəxanada vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, həkimlərin səyinə baxmayaraq, E.Şıxlinski aldığı xəsarətlərdən bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, E.Şıxlinski Qarapapaq kənd məktəbində ingilis dili müəllimi olub.

Qəza hadisəsi isə fevralın 17-də baş verib, həmin vaxt avtomobil yolu keçmək istəyən E.Şıxlinskini vurub.

Xatırladaq ki, daha əvvəl isə Zaqatala rayon Qazangül qəsəbə tam orta məktəbin tarixi müəllimi Nigar Bayramova İsmayıllı rayonunun Xanagah kəndi ərazisində baş vermiş avtomobil qəzası nəticəsində həlak olub.

Milli.Az


Etiketlər:  Qəzalarda həyatını itirən müəllimlərin FOTOları YENİLƏNİB


RƏYLƏR