Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2024 23:58
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə cavab zərbələri endirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Gün ərzində İsrailin şimalındakı Ərəb əl-Aramşe, Hanita və Dov dağı əraziləri istiqamətinə bir neçə raket və mərmi atışı qeydə alınıb. Son bir neçə saat ərzində SAXAL Livanın Rab əl-Talatin, Ayta əl-Şab və Blida bölgələrində "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirib", - deyə məlumatda bildirilir.
İsrail hərbçiləri həmçinin Livanın cənubundakı Blida bölgəsindəki "Hizbullah"ın hərbi obyektini bombardman edib.