Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ukrayna belə risk etsə, üçüncü dünya müharibəsi başlayacaq" - Ünver Seldən XƏBƏRDARLIQ

Tarix: 25 Fevral 2024 07:46

"Ukraynanın Krıma qarşı hərbi müdaxilə cəhdi üçüncü dünya müharibəsinə səbəb olacaq".

Milli.Az publika.az-a istinadən bildirir ki, bunu Krımın Beynəlxalq Dostları Assosiasiyasının türk klubunun sədri, türkiyəli siyasətçi Ünver Sel deyib.

O vurğulayıb ki, Ukrayna administrasiyası əvvəlki hakimiyyətin səhvlərinə yol verərsə, bunun "nəticələrini çəkəcəklər".

"Yarımada xalqı o vaxt nasistlərə birgə müqavimət göstəribsə, bu gün də neonasistlərə qarşı birgə müqavimət göstərəcək", - Sel vurğulayıb.

Siyasətçinin sözlərinə görə, Krımın 2014-cü ildə Rusiyaya qoşulmasından başqa alternativi yox idi. O, məsələnin o zaman bağlandığını və bir daha gündəmə gətirilmədiyini vurğulayıb.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Fox News telekanalına müsahibəsində Minskə bənzər yeni sazişlər bağlamaq istəmədiyini bildirib. O qeyd edib ki, Kiyev Qara dənizdə uğur əldə etmək üçün yeni əks-hücum hazırlayacaq.

Milli.Az


Etiketlər:  Ukrayna belə risk etsə üçüncü dünya müharibəsi başlayacaq Ünver Seldən XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ