Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus kanalları müharibənin ildönümünü niyə xatırlatmadı?

Rus kanalları müharibənin ildönümünü niyə xatırlatmadı?

Tarix: 26 Fevral 2024 06:42

Rusiya televiziya kanalları Ukrayna müharibəsinin ikinci ildönümü ilə bağlı demək olar ki, hər hansı xatırlatma etməyib. "Rusiya 1" və "Birinici Kanal"larının yekun buraxlışlarında hər hansı süjet yayımlanmayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, kanalların yekun xəbər relizində müdafiə naziri Sergey Şoyqunun Avdeyevkanın ələ keçirilməsində iştirak edənləri mükafatlandırması üçün cəbhəyə səfəri, ABŞ-ın yeni sanksiyaları, Kazanda keçirilən "Gələcəyin Oyunları", Ali Məhkəmə sədri Vyaçeslav Lebedevin ölümü və Parisdə fermerlərlə polis arasında qarşıdurma yer alıb.

NTV-də də "Bu gün" proqramının gündüz buraxılışlarında Ukraynanın işğalının başlanmasının ildönümünə də toxunulmayıb.

Milli.Az


Etiketlər:  kanalları müharibənin ildönümünü niyə xatırlatmadı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR