Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransada qar uçqunu baş verib: Ölən və yaralananlar var

Fransada qar uçqunu baş verib: Ölən və yaralananlar var

Tarix: 26 Fevral 2024 08:56

Fransanın Overn bölgəsində qar uçqunu nəticəsində azı dörd nəfər ölüb, yerli hakimiyyət orqanları bildiriblər. Bundan əlavə, azı üç nəfər yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səlahiyyətlilərin məlumatına görə, qar uçqunu altında ölənlər xizək sürənlər olub.

Qar uçqunu Pyui-de-Dom bölgəsindəki Val d'Enfer vadisindəki Mon-Dor kəndi yaxınlığında 1600 metr yüksəklikdə baş verib. Rəsmilərin sözlərinə görə, xilasetmə əməliyyatında 50-yə yaxın adam iştirak edib.

Milli.Az


Etiketlər:  Fransada qar uçqunu baş verib Ölən yaralananlar var


RƏYLƏR