Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappe transferi elan edildi

Mbappe transferi elan edildi

Tarix: 26 Fevral 2024 11:28

Kilian Mbappenin "Real Madrid"ə keçidi böyük ölçüdə başa çatıb.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, La Liga prezidenti Xavyer Tebas belə açıqlama verib. Tebas "Real Madrid"in maliyyə məsələlərinin yaxşı olduğunu və paytaxt komandasının Mbappeni transfer etmək üçün heç bir oyunçu satmaq məcburiyyətində olmadığını bildirib.Tebas Mbappe transferinin İspaniya futbolu və "Real Madrid" üçün əhəmiyyətli olduğunu bildirib.

"PSJ-dən ayrılacağı üçün onun "Real Madrid"ə imza atma ehtimalı 99 faizdir. Ancaq bu transferin daha əvvəl tamamlanıb-tamamlanmadığını bilmirəm. O, dünyanın ən yaxşı oyunçularından biridir. Dünyanın ən yaxşı ən yaxşı üç oyunçudan ikisi "Real Madrid"dədir" - Tebas deyib.


Etiketlər:  Mbappe transferi elan edildi


RƏYLƏR