Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saakaşvilinin zəhərlənməsi ilə bağlı analizlərin cavabı AÇIQLANDI

Saakaşvilinin zəhərlənməsi ilə bağlı analizlərin cavabı AÇIQLANDI

Tarix: 26 Fevral 2024 17:44

"Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili zəhərlənməyib. Bu, bir sıra klinik tədqiqatlarla sübut olunub".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə gürcüstanlı siyasətçinin müalicə olunduğu "Vivamedi" klinikasının baş direktoru Nino Nadiradze bildirib.

O, zəhərlənmə faktını qəti şəkildə inkar edib:

"Zəhərlənmə olmayıb, bunu heç kim təsdiq edə bilməz, hətta onların dəvət etdikləri ekspertlər belə, bizim alman məktəbi də bunu inkar edir. Biz siyasi oyunlara qarışmayacağıq".

Onun sözlərinə görə, heç kim Saakaşvilini zəhərlənmədən müalicə etməyib, ona görə hətta zəhərlənmə olduğu güman edilsə belə, xəstə özünü sağalda bilməzdi.

"Biz zəhərlənmə müalicə etməmişik. Bundan öz-özünə sağalma da olmur. Bu və ya digər maddə ilə zəhərlənmənin tamamilə fərqli kliniki, vizual, laboratoriya, instrumental təzahürləri var", - deyə Nadiradze bildirib.

Milli.Az


Etiketlər:  Saakaşvilinin zəhərlənməsi ilə bağlı analizlərin cavabı AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ