Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

32 yaşlı milyonçu bloqer qəfil öldü

32 yaşlı milyonçu bloqer qəfil öldü

Tarix: 27 Fevral 2024 10:50

32 yaşlı məşhur milyonçu ukraynalı bloqer Yuri Vorojko vəfat edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə onun həyat yoldaşı məlumat yayıb.

O, instaqram səhifəsində yazıb:

"Yura artıq aramızda deyil. Bütün təfərrüatları sonra yazacam".

Aparıcı Slava Demin yazır ki, Vorojko Kropivnitskidə hovuzda boğulub. Bu, bazar ertəsi, fevralın 26-da baş verib. O qeyd edib ki, bloger imkansız insanlar üçün çox iş görüb.

Polis qeyd edib ki, meyitin müayinəsi zamanı heç bir zorakı ölüm əlamətləri aşkar edilməyib.

Bloqqerin "YouTube"da bir milyondan çox, "Instagram"da 60 mindən çox, "TikTok"da isə demək olar ki, 594 abunəçisi var.

O, müxtəlif sosial eksperimentləri lentə alıb, həmçinin xeyriyyə işlərində və Ukrayna Silahlı Qüvvələri üçün vəsait toplamada iştirak edib.

Milli.Az


Etiketlər:  32 yaşlı milyonçu bloqer qəfil öldü


RƏYLƏR