Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yalı Çapkını"nda qəza oldu - Vəziyyəti ağırdır

Tarix: 27 Fevral 2024 11:00

Türkiyənin reytinqli seriallarından olan "Yalı Çapkını" serialının çəkiliş heyətindən biri ağır qəza keçirib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, serialda fokus puller (1-ci kamera köməkçisi) kimi iştirak edən Fethi Savaş Altınpulluk, ekran işinin çəkildiyi villanın qarşısında qəzaya düşüb.

Belə ki, çəkiliş bitdikdən sonra evə getmək üçün qarşı yola keçib.

Bu zaman sürətlə keçən motosiklet onu vurub. Fethi qəza zamanı ağır yaralanıb. Dərhal xəstəxanaya yerləşdirilən Altınpulluk əməliyyata alınıb. O beyinindən əməliyyat olunub.

Hazırda Fethinin vəziyyəti ağırdır. Serial heyəti hadisənin araşdırılmasını və motosikletçinin hüquqi müstəvidə cəzalandırılmasını istəyib. 

Milli.Az


Etiketlər:  Yalı Çapkınında qəza oldu Vəziyyəti ağırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ