Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gizli eşq 2 il əvvəl başlayıb, xanımını aldadıbmış

Gizli eşq 2 il əvvəl başlayıb, xanımını aldadıbmış

Tarix: 27 Fevral 2024 14:20

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ebru Gündəş dördüncü dəfə ailə həyatı quracaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı iş adamı Murad Özdəmirlə nikah masasına əyləşməyə hazırlaşır. 

Türk mediası ikilinin münasibətləri ilə bağlı yeni iddialar ortaya atıb. Bildirilib ki, cütlük 2 il əvvəl münasibətə başlayıb. Muradın həyat yoldaşı Selin Kabaklı onların məclislərin birində tanış olub gizli münasibət yaşadıqlarından xəbər tutub. Bundan sonra iş adamı Ebrudan ayrılmalı olub. 

İddia olunur ki, Murad maddi sıxıntılar yaşadığını ortaya ataraq ötən il Selini kağız üzərindən boşanmağa razı salıb. Boşanma baş tutsa da eyni evdə yaşayıblar. Selinin ad günündə Ulusdakı restaranlardan birini bağladan iş adamı səhənəyə Günellə Ebru Yaşarı çaxardıb. 

Noyabrda evlərini təmir etdirən cütlük Kuruçeşmedə hotelə yerləşib. Murad ötən ilin dekabrında Ebrunun ifasını dinləmək üçün Ankaraya gedib. Bundan sonra onlar arasında münasibət yenidən başlayıb. 

Yenidən ailə quracaqlarını düşünən Selin bu xəbərdən sarsılıb. Selin ötən günlərdə sosial media hesabında bunları paylaşıb:

"İlahi ədalət deyilən bir tərəzi var. Heç vaxt səhv salmaz. Heç kimin haqqı heç kəsdə qalmır. Qəlbi qırılan səbr etsin".

Qeyd edək ki, iki dəfə evli olan Muradın 3 övladı var. E.Gündeş isə 3 dəfə ailə qurub və boşanıb. Onun Alara adlı bir qızı var.

Milli.Az


Etiketlər:  Gizli eşq 2 il əvvəl başlayıb xanımını aldadıbmış


RƏYLƏR