Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tətildə olan kral xəstəxanaya yerləşdirildi

Tətildə olan kral xəstəxanaya yerləşdirildi

Tarix: 27 Fevral 2024 20:16

Norveç kralı V Harald Malayziyada tətildə olarkən infeksiya diaqnozu qoyulduqdan sonra xəstəxanaya yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Norveçin NRK yayım korporasiyası monarxın ailəsinin nümayəndələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, 87 yaşlı kral xəstəxanadadır və ona həm Malayziya, həm də Norveç tibb işçiləri tərəfindən bütün lazımi yardım göstərilir.

Qeyd edək ki, V Harald 1991-ci ildən Norveçə rəhbərlik edir. O, 1905-ci ildə İsveç-Norveç İttifaqının dağılmasından sonra ölkəni idarə etməyə başlayan Qlüksburq sülaləsindən olan üçüncü monarxdır.

Milli.Az


Etiketlər:  Tətildə olan kral xəstəxanaya yerləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ