Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dörd klub İnzaqi ilə maraqlanır – Biri “Barselona”dır

Dörd klub İnzaqi ilə maraqlanır – Biri “Barselona”dır

Tarix: 27 Fevral 2024 22:10

Kataloniya "Barselona"sı və İngiltərə Premyer Liqasının 3 top klubu "İnter"in baş məşqçisi Simone İnzaqinin xidmətində maraqlıdır. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

Mənbənin məlumatına görə, italiyalı mütəxəssis təkcə "Barselona"nın deyil, "Çelsi", "Mançester Yunayted" və "Liverpul"un da diqqətini çəkib. Xatırladaq ki, bu mövsümün sonunda 2015-ci ilin oktyabrından "qırmızılar"a rəhbərlik edən Yurgen Klopp mersisaydlıların klubunu tərk edəcək. İnzaqi 2021-ci ildən "İnter"i çalışdırır.

Nüfuzlu "Transfermarkt" internet portalının məlumatına görə, Simonenin "neradzurri" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 

47 yaşlı italyan daha əvvəl Roman "Latsio"su ilə çalışıb. Hazırda "İnter" A seriyasının turnir cədvəlində birinci yerdədir. İtaliya çempionatının növbəti turunda "neradzurri" doğma meydanda "Atalanta" ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Dörd klub İnzaqi ilə maraqlanır Biri Barselonadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ