Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aktyorun villasından cəbbəxana çıxdı: 72 silah, 3 min patron - FOTO

Məşhur aktyorun villasından cəbbəxana çıxdı: 72 silah, 3 min patron - FOTO

Tarix: 28 Fevral 2024 07:35

Fransa prokurorluğu 88 yaşlı aktyor Alen Delonun villasından ələ keçirilən silahlarla bağlı araşdırmalara başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Parisien" məlumat yayıb.

Bildirilib ki, jandarmlar Alen Delonun Duşidəki villasından 72 odlu silah və 3 mindən çox patron ələ keçirib.

Bunlar atıcı, xüsusilə A və B kateqoriyaları və kolleksiya silahlarıdır. Lakin aktyorun odlu silaha sahib olmasına icazə verən icazəsi olmayıb. Aktyorun qanunsuz silah əldə etməsi və saxlaması yoxlanılır. Müstəntiqlər villanın ərazisində atış tiri də aşkar ediblər. Villada axtarış sənətçinin ailəsindəki münaqişə və səhhəti ilə bağlı narahatlıqla bağlı növbəti araşdırmaya başlandıqdan sonra aparılıb.

Yanvar ayında Delon məhkəmə nəzarəti altına alınıb və bir sıra hüquqlar, o cümlədən əmlak üzərində sərəncam vermək imkanları məhdudlaşdırılıb.

Milli.Az


Etiketlər:  Məşhur aktyorun villasından cəbbəxana çıxdı 72 silah 3 min patron FOTO


RƏYLƏR