Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Haaland bir oyunda 5 qol vurdu

Haaland bir oyunda 5 qol vurdu

Tarix: 28 Fevral 2024 07:40

"Mançester Siti" İngiltərə kubokunun 1/8 final mərhələsi çərçivəsində səfərdə "Luton"a 6:2 hesabı ilə qalib gəlib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, "şəhərlilər"in heyətində qolları Erlinq Haaland (3, 18, 40, 55, 58-ci dəqiqə) və Mateo Kovaçiç (72) fərqlənib.

Yarımmüdafiəçi Cordan Klark "Luton"un heyətində iki qol vurub (45, 52).

Haaland ilk dörd qolunu Kevin De Bruynenin ötürmələrindən vurub.

Haaland ikinci dəfədir penta-trikinə imza atıb.

2023-cü ilin martında Mançesterdə keçirilən Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda (7:0) Almaniyanın "Leypsiq" komandasının qapısına 5 dəfə yol tapıb.

Haaland 1970-ci ildən bəri İngiltərə Kubokunun bir oyununda ən azı beş qol vuran ilk oyunçu olub.


Etiketlər:  Haaland oyunda vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ