Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın soyunub-geyinmə otağında nə baş verib?

“Qarabağ”ın soyunub-geyinmə otağında nə baş verib?

Tarix: 28 Fevral 2024 11:22

Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab oyunundan sonra "Qarabağ"ın soyunub-geyiinmə otağında yaşananlar bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlayıb.

32 yaşlı qolkiper bildirib ki, yorulduğundan sevinməyə də imkan tapmayıb: "Braqa" ilə cavab oyunundan sonra soyunub-geyinmə otağında müsbət emosiyalar, sevinc, bayram atmosferi var idi. Müxtəlif adamlar otağa daxil olurdu. Amma o qədər yorulmuşdum ki, şəxsən məndə fiziki və emosional planda boşluq hiss edirdim. Ona görə də emosiyalar baxımından təmkinli idim. Bakıda baş verənləri görmədim, çünki küçəyə çıxmadım. Artıq gec olduğundan dərhal evə getdim. Amma metronun, stadionun yanında yaşananların videolarını gördüm. Azarkeşlər sevinirdilər, onlar buna layiq idilər".

Milli.Az


Etiketlər:  Qarabağın soyunub geyinmə otağında baş verib


RƏYLƏR