Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İlyas Əfəndiyev “Xurşidbanu Natəvan” əsərində yazıb ki, guya o, evli ola-ola ərə gedib”

“İlyas Əfəndiyev “Xurşidbanu Natəvan” əsərində yazıb ki, guya o, evli ola-ola ərə gedib”

Tarix: 28 Fevral 2024 21:21

"Ulu nənəm Xurşidbanu Natəvan haqda yayılan bəzi məlumatlara aydınlıq gətirmək istəyirəm. Onun haqda yazılan yazıların əksəriyyəti yalnışdır. Bu məni narahat edir. Çox məyus oluram. Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" pyesi səhnələşdirilib. O tamaşada bir çox şeylər düzgün deyil. Xurşidbanu rolunu rəhmətlik Amaliya Pənahova oynayırdı. Günah onda deyil, əsər düzgün yazılmayıb. Guya ki, Natəvanın əri ola-ola o başqası ailə həyatı qurub. Belə bir şey heç vaxt olmayıb. Əri öləndən neçə il sonra o ailə həyatı qurub. Bununla bağlı əlimdə babamın əlyazmaları var. Gözümü açıb yanımda nənəmi, babamı görmüşəm. Onu pis qələmə verirlər. Teatrda hazırda da həmin tamaşa oynanılır, amma ondan xəbərim yoxdur. Tarixi saxtalaşdırmaq olmaz. Biri o yandan çıxıb deyir ki, "Pənahəli xanın arvadı erməni olub". Bu sözü necə deyə bilərsən?! Necə dilin gələ bilər? O vaxt, 300 il bundan əvvəl heç ermənilər orada olmayıb. Sən Qarabağı niyə erməniləşdirirsən?! Pənahəli xan Xurşidbanu Natəvanın da, mənim də ulu babamdır"
 
Sonxeber.net bildirir ki, bunu moderator.az-a açıqlamasında Xurşidbanu Natəvanın kötücəsi Sevil Ağamirova deyib. O daha sonra Natəvanla bağlı yayılan başqa məlumatlara aydınlıq gətirib.
"Natəvanın ikinci həyat yoldaşı Seyid Hüseyn olub. Bu evlilikdən onların Mircabbar ağa adlı övladı dünyaya gəlir. Mircabbar ağadan mənim babam Əbülfət ağa, daha sonra isə anam Əzizə xanım gəlir. Natəvan Cavanşirlər və Qacarlar nəslinin qanını daşıyıb. Onun anası Cavad xanın nəvəsi olur. Natəvanın nəsli ata tərəfdən də, ana tərəfdən də əksəriyyəti şair olurlar. Natəvan tək qız olur, təhsilini sarayda alır. Ona "bircə" deyib səslənirlər. Bir neçə dil bilir. Birinci həyat yoldaşı ilə evliliyindən onun iki övladı dünyaya gəlir. Oğlu da şair olur. İkinci dəfə isə Seyid Hüseynlə ailə həyatı qurur. O çox savadlı şəxs olub. Təhsil sahəsində müdir işləyib. Həmişə də Natəvanın yanında olur. Saytlarda və məlumatlarda yalnış olaraq yazılıb ki, Seyid Hüseyn faytonçu olub. Bu sözü eşidəndə çox məyus oluram. Başa düşmürəm, bu sözü kim özündən çıxarıb?! Xoşagəlməz sözlər çox eşidirəm. Bilmirəm bu şayiələri kim üzə çıxarır?! Tarixçilər, alimlər yoxdur bütün bunları araşdırsın?!" deyə Xurşidbanu Natəvanın kötücəsi deyib.
 
Sevil Ağamirova bildirib ki, bu gün bir çoxu özünü Natəvanın varisi kimi qələmə verir.

"Bəzi adamlar deyir ki, "biz onun nəslindənik, kötücəsiyik, nəticəsiyik". Natəvan çox adamı oxutdurub, təhsil verib, evində saxlayıb. Ola bilər o şəxslər də özünü Natəvanın qohumu sayır. Kötücəsisənsə onun haqda niyə aşağılayıcı sözlər deyirsən?! Mircabbar ağa tərəfindən Natəvanın 40 nəfər qohumu var. Biz 40 nəfərik, onlardan biri də mənəm. Moskvada yaşayan, Bakıda yaşayan nəticələri də var. Deyirlər ki, Natəvan gül yığırmış, loğman imiş, xəstələri sağaldıb. Yalandır! Guya ki, Natəvanın birinci və ikinci evliliklərindən olan övladları bir-biri ilə danışmır. Bu nə sözlərdir?! Onlar o qədər mehriban olublar ki, aralarında heç bir problem yaranmayıb. Mən də Natəvanın qanını özümdə hiss edirəm" deyə Xurşidbanu Natəvanın kötücəsi bildirib.


Etiketlər:  İlyas Əfəndiyev Xurşidbanu Natəvan əsərində yazıb guya evli ərə gedib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ