Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmi Bakı Avropa Parlamentinin qətnaməsini rədd edir

Rəsmi Bakı Avropa Parlamentinin qətnaməsini rədd edir

Tarix: 29 Fevral 2024 16:18

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadən Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" üzdə qəbul edilmiş qətnaməyə münasibət bildirib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, XİN rəsmisi yerli mətbuatın sualına cavab olaraq bildirib ki, ölkəmizə qarşı müddəaların əks olunduğu "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" pisləyib.

"Ölkəmizə qarşı müddəaların əks olunduğu "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" qətiyyətlə pisləyir və rədd edirik.

Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır.

Təəssüf ki, xarici və təhlükəsizlik siyasətinə dair dayaz yanaşmanın əksi olan bu hesabat, həm də Avropa Parlamentinin üzvlərinin populist siyasətin əsiri olduqlarını, həmçinin regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir.

Bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı anti-terror tədbirlərini pisləməsi və ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir.

Nə qədər ki, Avropa İttifaqı öz qurumlarında baş verən bu özbaşınalığa son qoymayacaq, qurumun xarici və təhlükəsizlik siyasəti beynəlxalq münasibətlər sistemində öz utopik yanaşmalarının əsiri olmaqda davam edəcəkdir", - XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, Avropa Parlamentinin plenar sessiyasında, qurumun Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı məruzəçi Devid MakAlister tərəfindən hazırlanmış "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat" qəbul edilib. Hesabatda, Azərbaycana qarşı bir sıra iddialar səslənib.


Etiketlər:  Rəsmi Bakı Avropa Parlamentinin qətnaməsini rədd edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ