Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Diri-diri yanan heyvanlar, külə dönən evlər: Texasdan qorxunc görüntülər - FOTOlar

Diri-diri yanan heyvanlar, külə dönən evlər: Texasdan qorxunc görüntülər - FOTOlar

Tarix: 29 Fevral 2024 20:22

ABŞ-nin Texas ştatında bazar ertəsindən başlayan meşə yanğınları davam edir. Sosial şəbəkələrdə təbii fəlakətlə bağlı dəhşətli görüntülər yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, meşə yanğınlarından birinin sahəsi hətta 3,4 min kvadrat kilometrə qədər artıb. Ümumilikdə beş yanğın hadisəsi qeydə alınıb. Bazar ertəsindən bəri yanan ərazinin ümumi sahəsi təxminən 3,9 min kv.km təşkil edib.

Bu, ştat tarixində ikinci ən böyük yanğın hesab olunur.

Son məlumatlara görə, fəlakət nəticəsində bir nəfər həlak olub, onlarla heyvan diri-diri yanıb. Belə ki, sakinlər sürətlə yayılan yanğına görə özləri qaçıblar, tövlələrdə, fermalarda qalan heyvanlar isə əzab içində ölüblər.

Yerli mediadan bildirilib ki, yanğın qonşu Oklahoma ştatına (ABŞ) da keçib.

Milli.Az


Etiketlər:  Diri diri yanan heyvanlar külə dönən evlər Texasdan qorxunc görüntülər FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ