Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lənkəranda avtomobil ağaca çırpıldı: sürücü öldü

Lənkəranda avtomobil ağaca çırpıldı: sürücü öldü

Tarix: 1 Mart 2024 06:26

Lənkəranda avtomobilin ağaca çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Milli.Az-ın Report-a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralında rayonun Xanbulan kəndindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan biri reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Lənkəranda avtomobil ağaca çırpıldı sürücü öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ