Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənninin əri başqa bir qadınla öpüşərkən yaxalandı - FOTOlar

Müğənninin əri başqa bir qadınla öpüşərkən yaxalandı - FOTOlar

Tarix: 1 Mart 2024 13:46

Rusiyalı müğənni Nyuşanın əri İqor Sivov başqa bir qadınla qucaqlaşıb öpüşərkən görüntülənib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, onların konsertdə çəkilən bu görüntüləri sosial mediada yayılıb. Müğənninin nümayəndələri xəbəri inkar etsə də, "Telegram" kanallarında yayılan məlumata görə, bundan sonra Nyuşa ərindən ayrılmağa qərar verib.

Qeyd edək ki, pərəstişkarları həm ulduzun nikah üzüyünü çıxartdığını, həm də Yeni ili əri olmadan qarşıladığını iddia ediblər. Bundan əlavə, onlar artıq "İnstagram"da bir-birlərini izləmirlər. Həmçinin Sivovun həyat yoldaşını ikinci uşaqlarına hamilə olarkən də aldatdığı yenidən gündəmdə gəlib.

Boşanma və xəyanət haqqında söhbətlərə baxmayaraq, Nyuşa "YouTube" kanalı üçün Natalya Podolskayaya bu yaxınlarda verdiyi müsahibədə Sivovu gözəl ata adlandırıb. Onun sözlərinə görə, uşaqları sevir və onlarla yaxşı münasibət qura bilir.

Nyuşa ilə İqor Sivov 2013-cü ildə, keçmiş məmurun hələ evli olduğu vaxt tanış olublar. Üç il sonra İqor boşanıb və 2017-ci ildə Nyuşa ilə evlənib. 2018-ci ilin payızında sənətçi ilk övladını dünyaya gətirib, 14 dekabr 2021-ci ildə cütlüyün ikinci övladları doğulub.

Milli.Az


Etiketlər:  Müğənninin əri başqa qadınla öpüşərkən yaxalandı FOTOlar


RƏYLƏR