Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evinin qarajını pilot kabinəsinə çevirdi: "Uşaqlıqda..."

Evinin qarajını pilot kabinəsinə çevirdi:

Tarix: 2 Mart 2024 10:10

İngiltərənin Hempşir ştatının Şerfild-On-Loddon şəhərində tibbi cihazlar üzrə müfəttiş işləyən 43 yaşlı Alberto Paduanelli uşaqlıq arzusunu ev qarajını Boeing 737-800 təyyarəsinin pilot kabinəsinə çevirməklə həyata keçirib. 

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, Alberto Paduanelli 3 ildən çox müddət ərzində 130 min funt sterlinq xərcləyərək evinin qarajını real görünən "Boeing 737-800" simulyatoruna çevirib. Real və canlı xəritələri, eləcə də cari hava məlumatlarını ehtiva edən uçuş simulyatoru "British Airways" və "Ryanair" pilotlarının diqqətini çəkib.

İngilis mətbuatına müsahibə verən A. Paduanelli "British Airways"in pilotlarından birinin onun simulyatorunda real təyyarədən daha çox modulun mövcud olduğunu dediyini bildirib.

O, düşüncələrini belə ifadə edib:

"Uşaqlıqdan bəri arzum həqiqi, tam işlək bir pilot kabinəsi qurmaq idi. 3 yaşım var idi, əmim bizə qonaq gəlmişdi. İtaliya ordusunda pilot olduğu üçün o da aviasiya ilə maraqlanırdı. O, mənə və qardaşıma hədiyyə olaraq uçuş simulyatoru oyunu olan kiçik disket gətirmişdi. Bu kiçik oyun o vaxt mənim üçün hər şey idi. İlk dəfə idi ki, belə bir şey görürdüm. Mən böyüdükcə texnologiya da böyüdü. Bazarda müxtəlif şirkətlərdən getdikcə daha çox simulyatorlar peyda oldu və proses eyni idi, oyunu kompüterə quraşdırırsan, "joystick" qoşursan və uçursan.

Nəhayət, xəyal etməyə və planlaşdırmağa başladım ki, bir gün pulum və uyğun yerim olsa, əsl pilot kabinəsi olan 100 faizlik funksional kabinə yaradaram. 7 və 10 yaşlı övladlarımla nəsə etmək istədim. Ata-oğul təcrübəsi kimi birlikdə nəsə yaratmağın əla olacağını düşündüm. Onlar da aviasiyaya həvəslidirlər və bu hər birimiz üçün xoş keçən vaxt və əla layihə idi. Bu layihəyə 130 min funt-sterlinq xərcləmişəm, amma zəngin adam olduğumu düşünməyin. Sadəcə çox həvəsli olduğum bir şeyə pul xərcləmişəm".

Milli.Az


Etiketlər:  Evinin qarajını pilot kabinəsinə çevirdi Uşaqlıqda


RƏYLƏR