Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2024 10:32
Yazıçı Lyudmila Ulitskaya və rejissor İlya Xrjanovski xarici agentlərin reyestrinə daxil edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.
"Ulitskaya xarici agentlərin və xarici KİV-lərin təqdim etdiyi informasiya platformalarında respondent kimi iştirak edib, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın əleyhinə çıxış edib. Onlar yürütdükləri siyasətlə Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxıblar", - bəyanatda deyilir.
Qeyd edək ki, Ulitskaya və Xrjanovski Rusiyadan kənarda yaşayırlar.
Bundan başqa, qeydiyyatdan keçməmiş "Memorial İnsan Hüquqlarının Müdafiə Mərkəzi" ictimai birliyi, "Yardım lazımdır" xeyriyyə fondu, həmçinin Perm şəhər Dumasının keçmiş deputatı Sergey Medvedyev də reyestrə daxil edilib.