Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Moskva raketlə vurula bilər” - Şolz

“Moskva raketlə vurula bilər” - Şolz

Tarix: 2 Mart 2024 17:08

Almaniya Kansleri Olaf Şolz Rusiya daxilindəki hədəfləri vura biləcəyi üçün Ukraynanı "Taurus" qanadlı raketləri ilə təmin etməkdən çəkinəcəyini açıqlayıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, kansler Ukrayna ordusunun bununla Rusiyanın paytaxtını hədəfə ala biləcəklərini söyləyib.

"Taurus" 500 kilometr uçuş məsafəsinə malikdir, düzgün istifadə olunmasa, Moskvada hansısa hədəfi vura bilər", - Şolz deyib.

Kansler "Taurus" raketlərinin istifadəsinə nəzarəti təmin etmək üçün Ukraynaya alman hərbçilərinin göndərilməsinin zəruri olduğunu vurğulayıb. Amma Şolzun ​fikrincə, bu, istisnadır.


Etiketlər:  Moskva raketlə vurula bilər Şolz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ