Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan sakinləri bir gün “qocaldılar” - SƏBƏB

Qazaxıstan sakinləri bir gün “qocaldılar” - SƏBƏB

Tarix: 2 Mart 2024 21:40

Qazaxıstanda vahid UTC+5 saat qurşağına keçiddən sonra ölkə sakinləri bir gün "qocalıblar". Belə ki, onların rəqəmsal sənədlərində doğum tarixi bir gün əvvəli göstərir.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Milli İnformasiya Texnologiyaları şirkətindən xəbər verilib.

Bildirilir ki, "eGov" dövlət xidmətləri portalında yaranan nasazlıq belə bir problemə səbəb olub.

"Hazırda ekspertlər bunu araşdırır", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Qazaxıstan martın 1-dən UTC+5 vahid saat qurşağına keçib.


Etiketlər:  Qazaxıstan sakinləri gün qocaldılar SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ