Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rihanna bu toyda oxumaq üçün 10 milyon dollar aldı - VİDEO - FOTO

Rihanna bu toyda oxumaq üçün 10 milyon dollar aldı - VİDEO - FOTO

Tarix: 2 Mart 2024 22:40

Asiyalı milyarder Mukeş Ambaninin oğlu Anant Ambani və Radhika Tacirin toyu baş tutub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı "İndia Times" məlumat yayıb.

Bildirilib ki, bu, dünyanın ən bahalı toyu adını alan məclisin ilk günü olub.

Toyda dünya ulduzu Rihanna səhnə alıb. O, öz səhnə şousu ilə bütün dünyanın diqqətini Hindistanda baş tutan bu toya yönəldib.

Qeyri-rəsmi məlumata görə, Rihanna bu toyda iştirakına görə 10 milyon dollar qonorar alıb.

Qonaq siyahısında Bill Qeyts, Mark Zukerberq, Disneyin baş direktoru Bob Ayger, Şahrux Xan də daxil olmaqla saysız-hesabsız nüfuzlu insanlar var.

Qeyd edək ki, toy 3 gün davam edəcək.

Xatırladaq ki, Mukeş Ambaninin sərvəti 116 milyard dollardır.

Milli.Az


Etiketlər:  Rihanna bu toyda oxumaq üçün 10 milyon dollar aldı VİDEO FOTO


RƏYLƏR