Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2024 04:04
Bursanın Dipsizgöl kəndində ildə bir gün kişi və qadınlar arasında rol və yer dəyişikliyi baş verir.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, keçmişdə kənddə tətbiq edilən, lakin zamanla unudulan bir ənənə son 4 ildə kəndin idarıçisi Levent Aslanın təşkilatçılığı ilə yenidən canlanmağa başlayıb.
Belə ki, ənənəyə görə, qadınlar kənd çayxanasında və kənd meydanında doyunca vaxt keçirir, kişilərə isə komendant saatı tətbiq edilir. Beləliklə, hər kəs bir-biri ilə empatiya qura bilir. Burada əsas məqsəd gender bərabərliyinin kənddə də təmin olunması və qadınların ictimai həyatda iştirakını təmin etməkdir. Layihə kişilər və qadınlar arasında gender bərabərliyi və kənd turizmi baxımından önəmlidir.