Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2024 07:45
Əməkdar artist Sənubər İsgəndərli "Beşmərtəbəli evin altıncı mərtəbəsi" filmində çəkilməsinə peşman olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu haqda aktrisa "Cümə axşamı" proqramında danışıb. S.İsgəndərli aparıcı Saleh Bağırovun "Dediniz ki, indiki ağlım olsaydı çəkilməzdim" sözlərinə belə cavab verib:
"Bir çox səbəbləri var idi. Film istədiyim kimi alınmadı. Ona görə peşman oldum".
Qeyd edək ki, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" 1996-cı ildə lentə alınıb. Ekran işində Təhminə obrazını Sənubər İsgəndərli canlandırıb.