Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2024 12:40
Rusiyanın Samara vilayətində dəmiryolu körpüsündə partlayış baş verib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, naməlum şəxslər körpünün dayağını partlatmağa cəhd edib.
Hadisə Çapayevka çayı üzərində qeydə alınıb. İlkin məlumata görə, körpünün dayaq konstruksiyalarına zərər dəyib. İnsident nəticəsində qatarların hərəkəti dayandırılıb.
Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat daxil olmayıb.