Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2024 13:50
"Hazırda özümü normal hiss edirəm, hansısa ciddi problemim yoxdur".
Sonxeber.net xəbər verir ki, bunu İdman.Biz-ə Azərbaycanın milli komandasının sabiq futbolçusu Vadim Vasilyev deyib.
İnsult keçirən 51 yaşlı veteran hücumçu bildirib ki, 2 günə xəstəxanadan buraxılacaq: "Səhhətimdə artıq müəyyən irəliləyişlər hiss olunur. Müalicəm davam edir. Hazırda xəstəxanadayam, amma həkimlər 1-2 günə evə buraxılacağımı deyiblər. Hər şey tam yaxşıdır desəm, düzgün olmaz. Sol əlimdə barmaqlarım çox zəif işləyir".
Qeyd edək ki, Vasilyev insult keçirdiyi üçün komada xəstəxanaya yerləşdirilmişdi.