Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millinin yeni siması satıldı - "Qarabağ"ı, yoxsa "Neftçi"ni seçdi?

Millinin yeni siması satıldı -

Tarix: 4 Mart 2024 14:24

Azərbaycan yığmasının yarımmüdafiəçisi Emil Səfərov yeni mövsümə "Qəbələ"də başlamayacaq.

Milli.Az sportinfo.az-a istinadla bildirir ki, Premyer Liqanı tərk etmək üzrə olan klub öz yetirməsini satmağı qərara alıb.

"Qırmızı-qaralar" 2002-ci il təvəllüdlü gəncə görə aldığı iki təklifdən birini qəbul edib. "Qarabağ"ın maraq dairəsində olan orta sahə oyunçusu növbəti sezondan etibarən "Neftçi"nin formasını geyinəcək.

Ölkə kubokunun son sahibi daha yüksək təzminat ödəməyə razılaşan "ağ-qaralar"la əl sıxışıb.

Paytaxt təmsilçisi millinin debütantı ilə uzunmüddətli müqavilə imzalayacaq.

Milli.Az


Etiketlər:  Millinin yeni siması satıldı Qarabağı yoxsa Neftçini seçdi


RƏYLƏR