Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cavanşir Məmmədovdan efirə gələn qadına hörmətsizlik - VİDEO

Cavanşir Məmmədovdan efirə gələn qadına hörmətsizlik - VİDEO

Tarix: 5 Mart 2024 11:10

Aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" proqramında gözlənilməz hadisə yaşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Leyla adlı qadın üzünə maska taxaraq efirə gəlib və yardım istəyib. Studiyadakılar üzünün görünməsini istəməyən Leylanın maskasını çıxarmasını istəsələr də, o etməyib.

Həmin an proqramda qonaq olan Əməkdar artist Cavanşir Məmmədov əl ataraq heç bir xəbərdarlıq etmədən qəfildən qızın maskasını çıxardıb. Onun bu hörmətsizliyindən qız təəccüblənib. O, əli ilə üzünü gizlətməyə çalışıb.

Qeyd edək ki, sözügedən proqramda bundan əvvəl də bənzər hadisə yaşanmışdı. Üzünü bağlayıb efirə gələn qızın maskasını ekspertlərdən biri əl ataraq çıxartmışdı. 

Milli.Az


Etiketlər:  Cavanşir Məmmədovdan efirə gələn qadına hörmətsizlik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ