Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2025-in püşkü atıldı: Azərbaycan Türkiyə ilə eyni qrupda - FOTO

AVRO-2025-in püşkü atıldı:  Azərbaycan Türkiyə ilə eyni qrupda - FOTO

Tarix: 5 Mart 2024 16:46

Qadın futbolçular arasında AVRO-2025-in seçmə mərhələsinin püşkü atılıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, tədbirdə Azərbaycan millisinin rəqibləri də bəlli olub.

B liqasında yer alan Siyasət Əsgərovun çalışdırdığı yığmamız 1-ci qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri İsveçrə, Macarıstan və Türkiyə olacaq.

Liqa mərhələsinin görüşləri aprel-iyul aylarında keçiriləcək. Pley-off matçları oktyabr-noyabrda baş tutacaq.

Qeyd edək ki, AVRO-2025-in final mərhələsi gələn il iyulun 2-27-də İsveçrədə təşkil olunacaq.

Milli.Az


Etiketlər:  AVRO 2025 in püşkü atıldı Azərbaycan Türkiyə ilə eyni qrupda FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ