Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rihanna tarixin ən dəbdəbəli toyundan nə qədər qonorar alıb? - FOTOlar

Rihanna tarixin ən dəbdəbəli toyundan nə qədər qonorar alıb? - FOTOlar

Tarix: 5 Mart 2024 21:45

"Microsoft" qurucusu Bill Qeyts, "Facebook"un yaradıcısı Mark Zukerberq, ABŞ-nin keçmiş birinci xanımı Hillari Klinton və başqa nüfuzlu insanların iştirak etdiyi toy mərasimində Rihanna 5 milyon funt sterlinq (6,3 milyon dollar) qonorar alıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, səkkiz ilə yaxındır ki, konsert verməyən populyar ifaçı 90 dəqiqə səhnədə olub və aralarında "Work", "All Of The Lights", "Diamonds" da olmaqla 19 ən yaxşı mahnısını ifa edib.

Xatırladaq ki, martın 1-3-nə kimi Asiyanın ən varlı adamlarından biri olan Mukeş Ambani oğlu üçün toy mərasimi keçirib. Tədbirdə dünyanın ən zəngin və məşhur adamları olub. Sərvəti 117 milyard dollar qiymətləndirilən Mukeş Ambani oğlu Anant Ambaninin xeyir işinə 150 ​​milyon dollardan çox pul xərcləyib. Bununla belə, əsl toyun hələ qarşıda olduğu - bu yay baş tutacağı bildirilir.

Milli.Az


Etiketlər:  Rihanna tarixin ən dəbdəbəli toyundan qədər qonorar alıb FOTOlar


RƏYLƏR