Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2019 13:36
"Liverpul" azarkeşi kimi, bu komandanın Premyer Liqa çempionluğunu görmək istərdim. Ancaq Uels yığması ilə Avropa çempionatına yollanmaq xüsusi olardı".
Qol.az xəbər verir ki, bunu Uels yığmasının hücumçusu Harri Uilson deyib.
Müqavilə ilə "Liverpul"a məxsus olan və hazırda icarə əsasında "Bornmut"un formasını geyinən gənc forvard yerli mətbuata açıqlamasında Uels yığmasının AVRO-2020-nin seçmə mərhələsində keçirəcəyi son iki oyuna münasibət bildirib.
22 yaşlı futbolçu, xüsusən də, millimizə qarşı diqqətli olmağın vacibliyini vurğulayıb: "Avropa çempionatına yollanmaq üçün hər şey etməyə hazırıq. Mən də bunun bir parçası olmaq istərdim.
Artıq bunu gerçəkləşdirmək şansım var. İlk növbədə Azərbaycan və Macarıstanla matçda qalib gəlməli olduğumuzu bilirik. Oyun planından qopmasaq, bunu bacaracağımıza əminik. Azərbaycan öz meydanımızdakı oyunda düşündüyümüzdən daha sərt çıxdı.
Buna görə də onlara hörmətlə yanaşacağıq. Müdafiə xətti çox yaxşı qurulmuşdu. Artıq onların nəyi yaxşı bacardıqlarını və qapılarına necə yol tapa biləcəyimizi bilirik. Ancaq son iki maçdakı kimi, bizə qarşı diqqətli olacaqlar".