Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bəli, Navalnı öz əcəli ilə ölüb”

“Bəli, Navalnı öz əcəli ilə ölüb”

Tarix: 6 Mart 2024 09:32

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Aleksey Navalnının ölümündən danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu haqda "Soloviev Live TV"yə müsahibəsində bildirib.

O, bu ölümdə Qərbdə hansısa qüvvələrin əli olub-olmaması sualına belə cavab verib:

"Düşünmürəm ki, bu, hansısa xüsusi plandır, amma təəssüf ki, insanların bir xüsusiyyəti var: gec-tez həyat sona çatır, ölürlər. Bəli, Navalnı öz əcəli ilə ölüb", - deyə o vurğulayıb.

Qeyd edək ki, A. Navalnı fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. Onun tromb yaranması səbəbindən öldüyü bildirilib.

Xatırladaq ki, A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Milli.Az


Etiketlər:  Bəli Navalnı öz əcəli ilə ölüb


RƏYLƏR