Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hərbçimiz Ruslanın geri qaytarılması erməniləri qəzəbləndirdi

Hərbçimiz Ruslanın geri qaytarılması erməniləri qəzəbləndirdi

Tarix: 6 Mart 2024 11:46

Azərbaycanlı əsgər Ruslan Pənahovun Ermənistan təhlükəsizlik qüvvələri tərəfindən ölkəmizə qaytarılması qərarı ətrafında gedən söz-söhbət səngimək bilmir.

Vəziyyət o həddə çatıb ki, hətta "Yerkrapah" terror təşkilatının rəhbəri Sasun Mikaelyan belə jurnalistlərin Ruslan Pənahovun qaytarılması barədə ünvanladıqları suala hiddətlənib.

Baku TV-yə istinadən xəbər verir ki, o, "Yerablur" hərbi panteonunda keçirilən brifinq zamanı bildirib ki, saxlanılan azərbaycanlının təhvil verildiyini elan edən Milli Təhlükəsizlik Xidməti üzərinə düşən vəzifələri peşəkarcasına yerinə yetirir.

Məlumat üçün bildirək ki, Ruslan Pənahova qarşı Ermənistanda "təxribata cəhd" maddəsi ilə cinayət işi açılsa da, martın 4-də ona xitam verilib.

Milli.Az


Etiketlər:  Hərbçimiz Ruslanın geri qaytarılması erməniləri qəzəbləndirdi


RƏYLƏR