Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ledi Qaqanın yeni obrazı pərəstişkarlarını təəccübləndirdi - FOTO

Ledi Qaqanın yeni obrazı pərəstişkarlarını təəccübləndirdi - FOTO

Tarix: 6 Mart 2024 19:55

Müğənni Ledi Qaqa pərəstişkarlarına makiyajsız şəkilini nümayiş etdirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məşhur fotoşəkli özünün "Instagram" səhifəsində paylaşıb.

37 yaşlı Ledi Qaqa çəhrayı rəngli uzunqol ağ köynəkdə kamera qarşısına keçib. Müğənni makiyajsız və qaşları ağardılmış obrazda yataq otağında çarpayıda uzanmış vəziyyətdə pozalar verib. O, saçlarını hörərək başına yaylıq taxıb.

Ledi Qaqanın pərəstişkarları onun yeni obrazını təəccüblə qarşılayıblar və onun daha cavan göründüyünü qeyd ediblər.

Xatırladaq ki, Ledi Qaqa 2020-ci ildən sahibkar Maykl Polanski ilə münasibətdədir. Müğənni şəxsi həyatını reklam etməməyə çalışır, ona görə də nadir hallarda sevgilisi ilə ictimaiyyət qarşısına çıxır.

Milli.Az


Etiketlər:  Ledi Qaqanın yeni obrazı pərəstişkarlarını təəccübləndirdi FOTO


RƏYLƏR