Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Alatoranlıq” filmi animasiya versiyasında təqdim olunacaq

“Alatoranlıq” filmi animasiya versiyasında təqdim olunacaq

Tarix: 6 Mart 2024 20:26

"Alatoranlıq" filmi tamaşaçılara animasiya versiyasında təqdim olunacaq. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda "Deadline" nəşri məlumat yayıb.  

"Lionsgate Television" şirkəti layihəni rəsmən elan edib. 

Əvvəlki "Harri Potter" kimi "Alatoranlıq" yenidən ekranlara çıxacağı ilə bağlı şayiələr keçən il sosial mediaya "ayaq açıb". 

Qeyd edək ki, 2008-ci ildən 2012-ci ilə qədər Stefani Meyerin qız və vampirin sevgisindən bəhs edən romanları əsasında pop mədəniyyətinin simvolu olan beş tammetrajlı film işıq üzü görüb. Bu ekran işlərinin ümumi kassa gəlirləri dünya üzrə 3,4 milyard dolları keçib. Filmlərdə əsas rolları Kristen Stüart və Robert Pattinson oynayıb, bundan sonra aktyorlar bütün dünyada daha da məşhurluq qazanıblar. 

Milli.Az


Etiketlər:  Alatoranlıq filmi animasiya versiyasında təqdim olunacaq


RƏYLƏR