Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meksikada helikopter qəzaya uğrayıb, ölənlər var

Meksikada helikopter qəzaya uğrayıb, ölənlər var

Tarix: 7 Mart 2024 07:06

Sakit okeanda Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması üç hərbi qulluqçunun ölümü, ikisinin itkin düşməsi ilə sonuclanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə HDQ-nin press-relizində bildirilib.

Qeyd olunub ki, insident Lasaro-Kardenasadan (Miçoakan ştatı) 370 km cənub-qərbdə baş verib. Helikopterin göyərtəsində ümumilikdə səkkiz nəfər olub ki, onlardan üçü qurtarılıb.

Hadisənin səbəbi hələlik müəyyən edilməyib.

Xatırladaq ki, ötən ay Kolumbiyada helikopter qəzasında dörd polis əməkdaşı ölmüşdü.

Milli.Az


Etiketlər:  Meksikada helikopter qəzaya uğrayıb ölənlər var


RƏYLƏR