Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Taliban” əfqan qadınlarını həbs etməyə başladı

“Taliban” əfqan qadınlarını həbs etməyə başladı

Tarix: 7 Mart 2024 21:00

Ölkədə hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı əfqan qadınları hicabla bağlı fərmana əməl etmədiklərinə görə həbs etməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Roza Otunbayeva məlumat verib.

"Əfqanıstanda de-fakto hakimiyyət orqanları son vaxtlar ictimai həyatın bütün sahələrində qadınların hüquqlarını daha da məhdudlaşdırıblar. Hicab fərmanına tam əməl etməyən qadınlar saxlanılır və həbs olunurlar. Əfqanıstanda yaşayan bəzi qadınlar küçəyə çıxmaqdan qorxurlar", - deyə Otunbayeva BMT-nin Təhlükəsizlik Şurasının üzvləri qarşısında çıxış edərkən bildirib.

BMT-nin məlumatına görə, Kabildə çox sayda qadın və qız saxlanılıb və onlar bir neçə saatlıq həbs olunublar. Təşkilatın missiyası pis rəftar, həbs və azadlığa çıxmaq üçün təzminat tələbi ilə bağlı iddiaları qeydə alıb.

BMT baş katibinin Əfqanıstandakı xüsusi nümayəndəsi xatırladıb ki, "Taliban" onların legitimliyinin beynəlxalq səviyyədə tanınmasını istəyir.

Milli.Az


Etiketlər:  Taliban əfqan qadınlarını həbs etməyə başladı


RƏYLƏR