Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu sözə görə üzr istəyirəm, amma..." - Fransanın müdafiə naziri

Tarix: 8 Mart 2024 14:52

Ukraynada Fransa ilə birgə silah istehsalı yayda başlayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu deyib.

"Biz Ukrayna müəssisələri ilə danışıqlar aparırıq. İdeya yerli tərəfdaşlıqlar, kommersiya müqavilələri təşkil etmək, daxili Ukrayna bazarını öyrənməkdir. Bu sözə görə üzr istəyirəm, amma biz də öz maraqlarımızı qoruyuruq. Başqa ölkələr də bu fürsətdən istifadə edir və biz bunu etməsək, axmaq olarıq. İdeya ilk istehsal müəssisələrinin yaya qədər fəaliyyət göstərməsidir", - Lekornu bildirib.

Milli.Az


Etiketlər:  Bu sözə görə üzr istəyirəm amma Fransanın müdafiə naziri


RƏYLƏR