Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın bəxti gətirmədi”

“Qarabağ”ın bəxti gətirmədi”

Tarix: 8 Mart 2024 17:08

"Təbii ki, dünən favorit "Bayer" idi".

Bunu İdman.Biz-ə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

O, Bakıda UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın Bundesliqanın lideri "Bayer"lə (2:2) oyununu dəyərləndirib. Əsədovun sözlərinə görə, Azərbaycan çempionu qarşılaşmada özünü yaxşı tərəfdən göstərib: "Ağdam təmsilçisi oyuna çox rahat çıxmışdı. Matçdan öncə də qeyd etmişdim ki, əgər onlar belə etsə, rəqibə diqtə edə bilər. Gözlədiyim kimi də oldu. Elə ilk dəqiqələrdən üstünlüyü ələ aldı, rəqib nə qədər topa nəzarət etsə də, effektsiz idi. Lakin "Qarabağ" topa nəzarət etdiyi zaman daha təhlükəki anlar yaşanırdı. "Qarabağ" əks-hücumda rəqibin üzərinə gedərək, bundan məharətlə istifadə etdi. İkinci hissədə isə rəqibin futbolçu dəyişiklikləri oyuna təsirini göstərdi".

O bildirib ki, oyunun sonlarına doğru "Qarabağ" fiziki baxımdan problemlər yaşayıb: "Rəqib Bundelsliqa komandasıdır və daimi olaraq bu tempdə olan oyunlarda iştirak edir. İkinci hissədə yaratdığı sürət oyunçulara təsir etdi. Hətta "Qarabağ"ın oyunçularının bəzilərinin əzələsi dartıldı. Düşünürəm ki, Juninyo üçüncü qolu vursaydı, 100 faiz "Qarabağ" qələbə qazanacaqdı. Ümumi götürdükdə, yaxşı oyun oldu. Qurban Qurbanovun komandası heç də rəqibdən geri qalmadı. Bir daha sübut etdi ki, onlar artıq bu tempdə olan futbolçularla oynamaq gücündədirlər. Qələbə üçün "Qarabağ"ın bəxti gətirmədi".

Qeyd edək ki, "Bayer" - "Qarabağ" arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Milli.Az


Etiketlər:  Qarabağın bəxti gətirmədi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ