Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2024 17:02
İspaniya ordusunda, kişi hərbçilərin anaları da daxil olmaqla əlavə ödənişlər üçün cinslərini dəyişdirmələri tendensiyası var...
Sonxeber.net lent.az-a istinadən bildirir ki, ancaq cinsini rəsmi olaraq dəyişənlər arasında yalnız bir neçəsi adlarını qadın adlarına dəyişdirir.
Bu, İspaniyanın 2022-ci ildə cinsiyyətin dəyişdirilməsi prosedurunu sadələşdirən və silahlı qüvvələrdə qadınlar üçün müavinətləri artıran yeni özünüidentifikasiya qanununu qəbul etdikdən sonra baş verir. Belə ki, İspaniyanın Şimali Afrikadakı Seuta eksklavında 41 rəsmi cinsiyyət dəyişikliyi kişilər tərəfindən qeydə alınıb, onlardan yalnız dördü öz adını dəyişib.
Yerli jurnalistlər yazırlar ki, bu yeni qadınların əksəriyyəti orduda və ya polisdə xidmət edir. Bir il əvvəl cinsiyyət dəyişikliyini elan edən kapral Roberto Perdiqones, indi daha yüksək maaş alır və daha yaxşı şəraitdə yaşayır.
"Zahirən özümü heteroseksual bir kişi kimi hiss edirəm, amma içəridə lezbiyanam. Sonuncu vacibdir. Buna görə bir qadın olmaq üçün hüquqi məlumatlarımı dəyişdirdim", - o söyləyib.
O, qadınların xeyrinə olan "müsbət ayrı-seçkiliyin" kişiləri cinsiyyətinin dəyişdirilməsi prosedurlarından keçməyə təşviq etdiyini iddia edir. Perdiqones, gender bərabərliyi siyasəti sayəsində gəlirinin artdığını və ana olaraq maaşının 15 faizini də əlavə aldığını izah edir.
O, həmçinin transseksual statusunun uğur şansını artıracağına ümid edərək, yeniyetmə oğlu ilə birgə valideynlik hüquqları uğrunda mübarizə aparmağa hazırlaşır. Perdiqonesə saqqal saxlamağa icazə verilib, çünki qaydalar qadınlara saçlı olmağı qadağan etmir.
O, həmçinin bildirib ki, qadınların şəxsi həyatına hörmətlə yanaşı, kişilərlə birlikdə yaşamamaq üçün kazarmada şəxsi vanna otağı olan ayrıca otaq aldığını da bildirib.
İspaniyada hər kəs öz ərizəsi ilə öz cinsini rəsmi olaraq dəyişə bilər. Hökumət Mülki Qvardiyada və Milli Polisdə qadınların nisbətini 40 faizə çatdırmağı hədəfləyir.
Mülki Qvardiyadakı mənbənin sözlərinə görə, belə hallar adiləşir və onun proqnozlarına görə, onların sayı artacaq.