Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2024 08:12
"Vaqner" muzdlu hərbi təşkilatının yaradıcısı Yevgeni Priqojinin abidəsi hazırlanıb.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, abidə Krasnodar diyarının Qoryaçi Klyuç şəhərində ucaldıla bilər.
Abidədə Priqojin və qrupun komandiri Dmitri Utkin ("Vaqner" bayrağını daşıyan) təsvir edilib.
Onların postamentdə fərdi nömrələri olan döş nişanları həkk olunub.
Qeyd edək ki, ötən il avqustun 23-də "Vaqner"in liderləri Priqojin və Utkin Tver vilayətində təyyarə qəzasında ölüblər.