Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2024 09:02
La-Pas hakimiyyəti daşqınlara səbəb olan güclü yağışlar səbəbindən şəhərdə fövqəladə vəziyyət elan edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Boliviyanın de-fakto paytaxtının rəhbəri İvan Ariasın imzaladığı fərmanda deyilir.
Belə ki, şəhərdə qırmızı təhlükə səviyyəsi elan edilib və təşkilati bölmələrə müvafiq tədbirlər görülməsi tapşırılıb. Boliviya prezidenti Luis Arse vəziyyəti meri ilə telefonla müzakirə etdiyini bildirib.
"Milli hökumət texniki və logistik resursları səfərbər edərək dərhal müdaxilə edəcək. Ordu zərər çəkmiş rayonlara ağır texnika və 3 minə yaxın hərbçi göndərməyə hazırlaşır".
Ötən həftənin sonunda La-Pasda güclü yağışlar səbəbindən bir neçə çay öz məcrasından çıxıb. Daşqın səbəbindən şəhərin bəzi əraziləri təcrid olunub.